"Qızım pişiyə çox yaxşı qulluq edir, dırnaqlarını tutur, vaxtlı-vaxtında öz xüsusi şampunları ilə çimizdirir".
Unikal.org xəbər verir ki, bu sözləri aile.lent.az-a əməkdar artist Elza Seyidcahan pişiyi Ceyla haqda danışarkən söyləyib.
Müğənni pişiyinin kaprizli olduğunu söyləyib:
"İnsanlar elə bilir ki, mənim evim heyvanxanadır. Lakin sadəcə bir pişiyim var. Heyvanlara qarşı çox həssasam. Onlara alışırsan, sonra ayrıla bilmirsən. Siam pişiklərinin özlərinə məxsus xasiyyətləri var. Ona görə də biz onu ərə də verə bilmədik. Erkək pişik gətiririk, qısqanır. Ona heç kəsi bəyəndirə bilmirik.