Tovuz rayonuna yağan qar yol qəzasına səbəb olub.

Unikal.org-un "Report" -a istinadən xəbər verir ki, İbrahimhacılı kəndində sürücü İkram Bayramoğlu (Şəmkir rayon Tatar kənd sakini) idarə etdiyi "Niva" markalı avtomobili qarşıdan gələn digər maşına vurmamaq üçün əyləci basıb və sürəti azaltmağa çalışıb, lakin idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq kənardakı maneələrə çırpılıb və evlərdən birinin divarına dırmaşaraq dayanıb.

Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.