Almaniyada Avropa Komissiyasının yüksək vəzifəli məmurunun 19 yaşlı qızı Əfqanıstandan olan mühacir gənc tərəfindən zorlanıb və qətlə yetirilib.
Unikal.org xəbər verir ki, bu dəhşətli hadisə barədə "The Daily Mail" qəzeti yazır. Qəzetin yazdığına görə Avropa Komissiyasının yüksək vəzifəli məmurunun qızı Mariya Ladenburqer tibb təhsili alırdı və boş vaxtlarında qaçqınlar üçün sığınacaqda könüllü kimi işləyirdi. Onun cəsədi oktyabrın 16-da Almaniyanın İsveçrə ilə sərhəddəki Frayburq universitet şəhərciyində tapılıb. Məlum olub ki, qız zorlandıqdan sonra çaya atılıb və boğulub.
Bildirilir ki, polis əvvəlcə çayın kənarındakı böyürtkən kollarında açıq rəngə boyanmış qadın saçı aşkar edib. Lakin DNK analizi və nəticələrin məlumat bazası ilə müqayisə edilməsi saçın kimə məxsusluğunu müəyyən etməyə imkan verməyib. Üç həftə sonra yerli tramvayların birinin videomüşahidə kamerasında həmin qızın görüntülərinə rast gəlmək mümkün olub və cəsəd çaydan tapılıb. Qızı zorlayan əfqan isə ötən həftə, dekabrın 2-də həbs olunub. DNK analizləri onun cinayəti törətdiyini sübuta yetirib.
İstintaq müəyyən edib ki, həmin axşam Mariya tələbələrin hansısa ziyafətinə qatılıb və oradan çıxaraq həmişə olduğu kimi evlərinə yollanıb. Yolda əfqan mühacir ona hücum edib. Hazırda polis həmin əfqanın noyabrın əvvəllərində baş vermiş digər qətli də törətməsindən şübhələnir. Belə ki, həmin rayonda 27 yaşlı Karolina Q. Zorlanaraq qətlə yetirlib.
Mariy Ladenburqerin atası Klemens Ladenburqer Avropa Komissiyasının hüquq idarəsinin direktorunun köməkçisi işləyir. Onun qızının əfqan mühacir tərəfindən zorlanaraq qətlə yetirilməsi Almaniyada geniş rezonans doğurub. 2015-ci ildə Almaniya Şimali Afrikadan və Yaxın Şərqdən 1.1 milyondan çox qaçqın qəbul edib. Bu ilin yanvarında Yeni il bayramı zamanı Almaniya küçələrində ərəb və əfqan miqrantlar kütləvi şəkildə qadınlara hücum edib seksual zorakılıqlar törətmişdilər.virtualaz.org