Bakıda əqli qüsurlu şəxsi avtomobil vuraraq qaçıb.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

Belə ki, şosenin kənarı ilə hərəkət edən 1966-cı il təvəllüdlü Atakişiyev Namiq Feyruz oğlunu avtomobil vurub. Naməlum maşının sürücüsü piyadanın xəsarət almasını görsə də, ərazidən avtomobillə uzaqlaşıb.
N.Atakişiyev xəstəxanaya çatdırılıb. Onun Binəqədi rayonunda tək kirayədə yaşadığı məlum olub.

Qeyd edək ki, N.Atakişiyev əqli çatışmazlığından əziyyət çəkir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.