"Nədənsə məni filmlərə dəvət etmirlər. Rejissorların yadından çıxmışdım.
Unikal.org bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib.
Aktrisa "Bəlkə rejissorlar yüksək qonorar istəyəcəyinizdən çəkinir sözlərinə belə cvavab verib:
"Əvvəlcə müraciət etsinlər, görsünlər mən o qədər qonorar tələb edirəm, yoxsa necə. Heç kim deyə bilməz ki, Tünzalə bizdən bu qədər pul istədi. Hər ikimiz yaradıcı insanıq. Pul baxımından razılığa gələcəyək. Bu yaxınlarda bir filmə təklif almışam. İndi danışıqlar gedir, razılaşsaq, orada rol alacam.
Xına mərasimlərinin təşkili ilə məşğul olan biznesindən danışan T.Əliyeva hazırda işlərinin zəif olmasından şikayətlənib:
"Məhərrəm ayının bitməsini gözləyirdik, yəqin indi düzələr.
Aktrisa son günlər xeyli çəki atmasından söz açıb:
"Ciddi pəhriz saxlayıram, bunun sayəsində 12 kiloqram arıqlamışam. Əməliyyata son qoydum desəm, yalan olar. Yenə də əməliyyat haqda düşünürəm.