Müğənni Emel Sayının bu yaxınlarda verdiyi bir konsertində fanatı ona: "Həqiqi diva sizsiniz", - deyib.
Unikal.org bildirir ki, 71 yaşlı müğənni də: "Emel Sayının saxtası da var?" - soruşub.
Ünvanına daha çox "diva" sözü işlədilən Bülent Ersoy da jurnalistlərin bu barədə sualına: "Eşitdim, amma vecimə almadım. Bir insanın danışılacaq bir şeyi olmayanda kiminsə çiynindən basar", - deyib.
Daha sonra verilişlərdən birinin canlı yayımına bağlanan B.Ersoy gözlənilməz açıqlama verib.
"Emel xanımın əli, üzü gözəldir. Ancaq bu işlər əl, ayaqla olmur. Çox kübar, zərif görüntülərin altında nələr ola biləcəyini bilirəm... 80-ci illərdə bir məkanda konsertə çıxacaqdıq. Lakin çıxışıma az qalmış bir məsələ ilə bağlı prokurorluğa çağırıldım. Emel Sayından: "Bülent xanımın yerinə çıxarsınızmı", - deyə xahiş ediblər. O da qəbul edib. Tamaşaçıların qarşısına çıxanda onlar: "Bülent xanım niyə yoxdur", - deyə soruşublar. Emel də: "Onun prokurorluqda işi var idi, gələ bilmədi. İndi həqiqi bir qadın dinləyəcəksiniz", - deyib. Bu hadisəni 30 il sonra ilk dəfə açıqlayıram. İnsanları beldən aşağıları ilə müzakirə etmək olmaz".