Türkiyənin mərhum aktyoru Münir Özkulun qızı Güner Özkul qonaq olduğu "Renkli sayfalar" verilişində səmimi etirafı ilə diqqət çəklib.
Unikal.org-un məlumatına görə, "Yeşilçam"ın əfsanəvi aktyoru Münir Özkul 2003-cü ildə demensiya (hərəkətsizlik və susqunluq) xəstəliyinə tutulmuşdu.
Aktyorun qızı Güner Özkul verilişdə: "Bir ara danışdıqlarımızı anlamır deyərək atamı hər ziyarət etdiyimdə onun yanında səssiz otururdum. Ötən günlərin birində onu danışmaq üçün qatıldığım bir radio proqramında "sənə bir mahnı çaldırımmı?" deyə soruşdum. "Olar" mənasında gözünü qırpdı, inana bilmədim!
Təkrar soruşdum, təkrar cavab verdi. Susduğum hər dəqiqə üçün it kimi peşmanam", - deyə bildirib.
Qeyd edək ki, Münir Özkul 2014-cü ildə dünyasını dəyişib.milli.az