Tanınmış müğənni Elton Hüseynəliyev "10-dan sonra" verilişində açıqlamalar edib.
Unikal.org-un məlumatına görə, ifaçının xalq artisti Brilliant Dadaşova arasındakı qalmaqalı yenidən böyüyüb. B.Dadaşovanı paxıl adlandıran E.Hüseynəliyev ondan danışıb və bunları deyib:
"Brilliant Dadaşova bir çox insanları səhnədə gözlətdirir, onlara mikrofon verməyib. Bizim aramızdakı qalmaqal da bu məsələyə görə yaranıb. Bir neçə gün əvvəl isə mənə duet oxumaq istədiyim insanlarla bağlı sual verdilər, cavablandırdım ki, arzum olub Brilliant Dadaşovayla duet oxuyum. Sonra eşitdim ki, ondan soruşanda qayıdıb ki, "İstəyər də". Ona demək istəyirəm ki, bu istəyim illər əvvəl olub. İndi belə bir istəyim yoxdur. Dostlarıma görə özümü pis etməyi bacarıram. Çünki mən hər zaman düz danışıram. Onunla bağlı bu sözü çoxları demək istəyərdi, amma onun adına görə çəkinirlər. Eybi yox mən deyib, pis olaram".
E.Hüseynəliyev şou-biznesdəki qalmaqallardan da söz açıb:
"Qalmaqal əhvalı korlayır, amma qarşısın almaq mümkün deyil. Sənət aləmi elədir ki, söz-söhbətlər yaranır, sulallar verirlər cavablandırırsan, səmimi olmaq istəyirsən, o da qalmaqala gətirib çıxarır. Anar Mədətovla işbirliyimiz bitəndə aramızı vurmağa çalışdılar. Həqiqətləri bilirəm. İndi münasibətlərimiz normaldır, Anarın da işi avand olsun".