Goranboyda pambıq qəbulu məntəqəsində yanğın olub.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, məntəqədə yığılan və hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.

Hadisə yerinə FHN-nin Goranboy rayon Yanğından Mühafizə hissəsinin 6 yanğınsöndürən avtomobili və xeyli canlı qüvvəsi cəlb olunub. 
Yanğın söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.