Şamaxı rayonunda iki nəfər dəm qazından zəhərlənib.
Unikal.org -un apa-ya istinadən məlumatına görə, rayonun Muğanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Leyla Güləndər qızı və Şamaxı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəliyeva Lalə Fazil qızı hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.