Zaqatalada toy məclisindən çıxıb eve getmək istəyən 43 yaşlı kişini maşın vurub.
Unikal.org ARB Şəkiyə istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərdə yerləşən şadlıq sarayınınn qarşısında baş verib. 1973-cü il təvəllüdlü Zaqatala rayonu Mamrıx kənd sakini Şaban Məhəmməd oğlu Şıxıyevi rayonun Yuxarı Tala kənd sakini İsayev Şahid Ömər oğlu idarə etdiyi "VAZ 2106" markalı, 34 BB 930 dövlət nömrə nişanlı avtomobillə vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Şaban Şıxıyev təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə burada ilkin yardım göstərildikdən sonra müalicə və müayinəsini davam etdirmək məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.