ABŞ-ın indiki prezidenti Barak Obamanın ailəsi 8 il ərzində məzuniyyət və istirahətə 85 milyon dollardan çox pul xərcləyib.
Unikal.org xəbər verir ki, bu haqda "The Daily Mail məlumat yayıb.
Bu məbləğlə ailənin təhlükəsizliyi təmin olunub, uçuşlar və digər nəqliyyatla gediş, eləcə də avtomobil icarəsinin və ABŞ gizli xidməti əməkdaşlarının və personalın otellərdəki xərcləri də ödənilib.
Qeyd edilir ki, bu məbləğ son hədd deyil. Prezidentin ailəsi hər il Yeni il bayramını Havay adalarında keçirib və bu il də istisna deyil.
Judicial Watchın məlumatına görə, 2015-ci ildə prezident ailəsinin Havaydakı istirahətinə 4,8 milyon dollar xərclənib.