Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən Bağırov Əbdulbağır Zərbi oğlu, Bağırova Günel Məzahir qızı və onun qucağındakı övladı, 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb.
Onların üçü də xəstəxanaya çatdırılıb.
Ə.Bağırov və G.Bağırova xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. X.Bağırovun isə hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.