Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 30 yaşlı kişi qonşusu tərəfindən döyülüb. 

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu ilə mübahisə edib. Mübahisə davaya çevrilib.

Nəticədə Şöhrət Qədimov qonşusu tərəfindən küt alətlə döyülüb. Xəsarət alan Şöhrət Qədimov təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb.