Ötən gün əməkdar artist Elza Seyidcahan ARB TV-də yayımlanan "Ömrün fəsilləri" verilişinin qonağı olub.
Unikal.org-un məlumatına görə, müğənni şəxsi həyatından danışaraq bildirib ki, ərə getdiyi oğlanı yox, başqasını sevirmiş:
"Ərə gedəndə elçilər vəd verdi ki, Elzanı nişanlayaq 5 ilə aparacağıq. Fikirləşdim ki, 5 ilə konservatoriyaya qəbul olub gedərəm. Ailə qurmaq istəmirdim, məcbur ərə verdilər. 5 il razılaşması 24 günə ərə getməyimlə nəticələndi. Məni qrup yoldaşımın qardaşına aldılar. Qrup yoldaşım mənə dedi ki, anam deyir sentyabrda gəlinim mənim evimdən dərsə getməlidir. Bundan əlavə müəlliməm məni öz oğluna istəyirdi. Oğlu da hərbi xidmətdə idi. Mənim könlüm o oğlanda idi. Gəlib qrup yoldaşıma dedim ki, sənin qardaşının maşını var ondan mənə 1-2 kaset al ver. Evimizə məni istəməyə qonaq gələcək. Bu da gedib qardaşına deyib və ailəsi qabağa düşüb gəlib məni istədi. Mən onu heç istəmirdim. Düşünürdüm ki, dünyada bir o, bir mən qalsam da ona getmərəm".