Dünyanın ən məşhur
"plus-size" modeli sayılan amerikalı Eşli Qrehem ELLE jurnalı üçün
yeni fotosessiyaya çəkilib.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Nebraska ştatındakı Linkoln şəhərindən olan 28
yaşlı Eşli Qrehem modelyer kimi debüt edib. O, "Addition Elle"
kolleksiyasını təqdim edib.
Eşlinin dediyinə görə,
kolleksiyanın hazırlanmasında ona əri, 2010-cu ildə ailə qurduğu videooperator Castin
İrvayn da yardım edib.
"Bu kolleksiya gəlinlər üçün nəzərdə tutulub. Qadın toy günü çox gözəl
olmalıdır", - E.Qrehem deyib.