Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının ərəb şeyxinə ərə getməsi və onun 3-cü arvadı olması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Unikal.org-un məlumatına görə, insanların Zeynəbi müzakirə etməsi müğənni Nura Surini özündən çıxarıb. İfaçı bildirib ki, ərəb şeyxinə ərə gedən azərbaycanlı qıza həsr edilmiş statusları oxumağa iyrənir:

"Çox vicdansız olub bəzi insanlar. Özünüzə iş-güc tapın. Kişili-qadınlı, ümumiyyətlə hamı ailə quran bir qızı qoyublar müzakirəyə. Adam iyrənir sizin status və şərhlər oxuyanda. Rəsmən, hamı qeybətlə məşğuldur. Heç kəs paxıllığını, nifrətini, əclaflığını gizlətmir. Şeyxlə ailə qurub, əcəb edib. Sizə nə? Niyə yanırsınız? Bəsdir, içinizdə bu qədər çirkab gəzdirdiniz".big.az