Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, rayonun Atbulaq kəndi ərazisində Alıyev Ələddinin idarə etdiyi "Mercedes markalı 90 KV 802 dövlət nömrə nişanlı avtomobil həmin kəndin sakini 1979-cu il təvəllüdlü Rəhimov Elnur Haqverdi oğlunu vurub.
E.Rəhimov xəstəxanaya çatdırılarkən yolda ölüb.
Fakt üzrə Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.