Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir.
Unikal.org-un məlumatına görə, J qrupunda "Qarabağ" Bakıda "Fiorentina"nı qəbul edib.
60-cı dəqiqədə Matias Veçino qonaqları sevindirib. 73-cü dəqiqədə rəqib qapıçı ilə təkbətək qalan Reynaldo fürsəti əldən verməyib. Lakin 3 dəqiqə sonra Federiko Kyezo Ağdam təmsilçisinin müdafiəçilərinin səhvini bağışlamayıb - 1:2.
84-cü dəqiqədə F.Kyezo qırmızı vərəqə alaraq italyanları azlıqda qoysa da, "Qarabağ" oyunun taleyini öz xeyrinə dəyişə bilməyib.
Beləliklə, "Qarabağ" növbəti mərhələnin bir addımlığında büdrəyib. Bu qrupdan 1/16 finala "Fiorentina" və PAOK vəsiqə qazanıb.