Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 7 nəfər həyatını itirib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, gün ərzində ümumilikdə 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə vəfat edən 7 nəfərdən başqa 13 şəxs də müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş vermiş hadisələrin 5-də piyadalar həyatını itirib. Goranboyda minik avtomobilinin avtobusla, Lənkəranda isə "Qazel" ilə "Opel"in toqquşması da insan itkisi ilə nəticələnib.
Hər bir faktla bağlı araşdırma aparılır.