Sabirabad rayonunda ölümlə nəticələnən yanğın baş verib. 

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 8-də saat 09 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndi ərazisində balıq saxlanılan göllərdən birində mühafizə üçün nəzərdə tutulmuş otaqda yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra mühafizəçi - rayon sakini Seyran Hüseynovun yanmış meyiti aşkar edilib.
Araşdırma aparılır.