Bakıda oğul atasını döyərək xəsarət yetirib.
Unikal.org-un "Report"a istinadən xəbərinə görə hadisə Surxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1956-ci il təvəllüdlü Gülhüseyn Mahmudov oğlu ilə onun həyat yoldaşının mübahisəsinin qarşısını almaq üçün övladını sakitləşdirməyə çalışıb. Lakin oğlu G.Mahmudov ilə dava edib.
Dava zamanı G.Mahmudov evdəki qaz balonunun üstünə yıxılıb. Nəticədə o, baldırından kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.