Bakıda 54 yaşlı kişi intihar edib.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi ev 64-də qeydə alınıb.

Belə ki, həmin binada yaşayan 1962-ci il təvəllüdlü Quliyev Əbülfət Şura oğlu özünü mənzilin hamam otağında asaraq öldürüb.


Onun intihar etməsinin səbəbi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.