Xalq artisti Gülyanaq Məmmədova "ARB TVdə yayımlanan "Gəlin danışaq verilişinə qonaq olub.
Unikal.org-un məlumatına görə, müğənninin atası Zakir Məmmədov qızı ilə bağlı verilişə müsahibə verib.
G.Məmmədova atasının sözlərindən kövrəlib və bunları deyib:
"Atamın son vaxtlar səhhətində problem var. Onu belə yaxşı görməyimə sevindim. Bu çəkilişi dünən etdiyini dediniz. Şükür ki, yaxşıdı.
G.Məmmədova qardaşının köməkliyi ilə müğənni olduğunu deyib:
"Qardaşım məni xəlvət Bakıya gətirib, universitetə imtahan vermişəm. Evdəkilərə yalandan dedi ki, Bakıya Gülyazın yanına aparıram. Noyabrda imtahan verdim. Dekabrın sonu cavablar çıxmalıydı. Dekabrın 16-da isə toyum olacaqdı. Evdən qaçıb Bakıya gəldim. Öz dayım oğluna nişanlamışdılar. Cehizim də getmişdi, amma məni ona verə bilmədilər".