Bakıda uçqun olub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Güclü külək yol kənarındakı hasarı uçurub. Nəticədə ərazidə işləyən "Azəriqazın işçiləri - 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.

Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.