"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişində iştirak edən azərbaycanlı gəlin namizəd Esmira, haqqında çıxan transseksual xəbərlərinə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, Esmira yayılan fotonu 14 yaşında çəkdirdiyini və bu xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib:
"Şəkil məktəbdə oxuyarkən çəkilib. Hamı deyəcək ki, hər yeri plastik əməliyyatdır. 9 il əvvəl çəkilən şəkillə indiki halım əlbəttə fərqli olacaq. Böyüdüm, dəyişiklik olması normaldır, bunun əməliyyatla əlaqəsi yoxdur. Guya hamı köhnə fotolarında model kimidir? Mənə transseksual deyən axmaqların qadınla kişini ayırmaq hissi pozulub. Mənə transseksual deyirsiniz, amma mesajınıza cavab verməyim üçün də yalvarırsınız.
Qeyd edək ki, İnstaqramda "Zuhal Topalla İfşa" səhifəsi Esmiranın əməliyyatdan əvvəlki fotosunu yayıb və onun transseksual olduğunu qeyd edib.