Qəbələdə ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Qəbələ şəhəri ərazisində "VAZ 2106" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilini idarə edən 50 yaşlı kişi həyatını itirib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.