Hacıqabulda 14 yaşlı yeniyetmə qız dəm qazından zəhərlənib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, 2002-ci il təvəllüdlü Bəndəliyeva Dursun Cahandar qızı vanna otağında olarkən dəm qazından zəhərlənib.
Yeniyetmə qız ağır vəziyyətdə Hacıqabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyləri nəticəsində D. Bəndəliyevanın vəziyyəti normallaşıb.
Qeyd edək ki, son 10 gün ərzində rayonda 5 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.