Lənkəranda intihara cəhd hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə dekabrın 11-də saat 21.00 radələrində şəhərin Müzəffər Nəsirli, 43 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Ramiz Aydın oğlu Zeynalov evinin pəncərəsinin şüşəsini sındıraraq qarın nahiyəsini kəsməklə intihara cəhd edib.

Hadisə barədə xəbər tutan yaxınları dərhal evə təcili yardım maşını çağırıblar. R.Zeynalov Lənkəran Mərkəzi Rayon Xəstəxanasınaçatdırılan kimi əməliyyat blokuna götürülüb. Hazırda həkimlər onun həyatını xilas etmək üçün mümkün olan tədbirləri görürlər.

Faktla bağlı araşdırma aparılır.