Axşam saatlarında Gəncə şəhərində zəncirvari avtomobil qəzası baş verib.

Unikal.org-un reporta-a istinadən məlumatına görə, qəza şəhərin Nəriman Nərimanov prospektində 3 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı maşın öncə "Pajero" ilə toqquşub, daha sonra idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb. Öz növbəsində "Pajero" zərbənin gücündən yol kənarında duran "BMW"yə dəyib. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.