Bakıda "İlaxır çərşənbə" bayramı keçiriləcək.
Bu barədə unikal.org-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 15 mart 2016-cı il tarixdə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın Milli bayramı -"İlaxır çərşənbə" gününü təntənəli şəkildə təşkil edəcək:
"Martın 15-də saat 10.30-da metronun "İçərişəhər" stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı "Atəşgahı"na yola düşəcək.