"Əlaqədar orqanlar dolların "qara bazar"la məzənnəsi ilə ciddi mübarizə aparır".
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
"Bu işdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir", - deyə baş bankir qeyd edib.
"Hazırda "Qara bazara qarşı çox ciddi mübarizə aparılır.
Millət vəkili Yevda Abramovun "qara bazarın xüsusi təşkil edilməsi ilə bağlı fikirlərinə gəldikdə, E. Rüstəmov deyib ki, bu barədə onda hər hansı məlumat yoxdur: "Biz üzən məzənnə rejimindəyik. Bazarda tələb təklifi üstələyir. Tam üzən məzənnəyə keçid isə çox ciddi hazırlıq tələb edir.