Xəzər dənizində baş verən güclü külək və fırtına səbəbindən "Gürcüstan Dəmir Yolları SC vasitəsilə Azərbaycandan keçməklə Mərkəzi Asiya ölkələrinə bərə ilə hərəkət edən tranzit yüklərin daşınması gecikir.
Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib.
O bildirib ki, Xəzər dənizində baş verən fırtına və güclü külək səbəbindən Gürcüstandan gələrək Azərbaycandan keçən və əks istiqamətdə hərəkət edən vaqonların daşınması dayandırılıb. Hazırda 1045 vaqon - 602-si Azərbaycanda, 443-ü isə Gürcüstan ərazisində toplanıb.
N.Əzməmmədovun sözlərinə görə, əks istiqamətdə daşımalarda da gözləmə baş verir. Belə ki, Türkmənistanın Türkmənbaşı limanında 339 ədəd vaqon, Qazaxıstanın Aktau limanında isə 226 vaqon toplanıb.
Mətbuat katibi qeyd edib ki, problemin aradan qaldırılması üçün "Gürcüstan Dəmir Yolları SC ilə danışıqlar aparılır və iş koordinasiyalı şəkildə həyata keçirilsin.