Qobustan rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, dekabrın 11-də saat 20 radələrində Qobustan rayonunun Poladlı kəndində yaşayan Xalıqverdi Mirzəyevin evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra X.Mirzəyevin yanmış meyiti tapılıb.