Paytaxtda dəm qazı üç nəfərin həyatına son qoyub.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, dekabrın 10-da Neftçala rayon sakini Aytən Ələkbərova Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev, Sabunçu rayonu ərazisində yaşayan Asifə Qqasımova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hər üç faktla bağlı araşdırma aparılır.