Bakıda yaşayış binası yanır.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb. Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.