Dünya memarlığının ən gözəl nümunələrindən hesab edilən Heydər Əliyev Mərkəzi yeni nəşrin üz qabığında təqdim edilir. Müəllif John Zukovski dünya incisi sayılan 100 sənət nümunəsi haqqında danışır. Kitabda ötən əsrdə inşa edilən memarlıq nümunələri ilə yanaşı müasir dövrdə ərsəyə gələn və simvola çevrilən memarlıq abidələri haqqında geniş məlumat verilir.

Unikal.org xəbər verir ki, müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı. Bu gün Heydər Əliyevin adını daşıyan Mərkəz müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir.

Heydər Əliyev Mərkəzinin loqosu da məhz bu ideyadan yaranıb. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, ölkədəki tərəqqini, Azərbaycanın sabahını simvolizə edir.

Bir çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun bu layihənin yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq hesab edilirdi. 2007-ci ildə mərkəzin inşasına başlanılır.Bina 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilir. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi müasir Bakının rəmzlərindən biri hesab olunmaqla yanaşı artıq dünya memarlıq inciləri sırasındadır. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.

Xüsusi özəllik bundan ibarətdir ki, mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub. Mədənimüxtəliflik müasir inkişafın əsas təkanverici amillərindəndir. Daha yaxından tanış olaq.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur. Heydər Əliyev Mərkəzi bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Mərkəz müxtəlif beynəlxalq təşkilatlar, digər ölkələrin analoji qurumları, muzey və sərgi mərkəzləri ilə əməkdaşlıq edir və mütəmadi olaraq bu əlaqələri genişləndirir

Mərkəz Avstriya, Belçika, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və digər ölkələrin müxtəlif qurumları, muzey və sərgi mərkəzləri ilə birgə əməkdaşlıq nəticəsində tədbirlər, sərgilər təşkil edib. Eyni zamanda Böyük Britaniya, Fransa, İsrail, İtaliya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdə bir sıra layihələr həyata keçirib.Heydər Əliyev Mərkəzi bu günədək bir sıra beynəlxalq təşkilatlara üzv qəbul olunub.atv