ANS-in məşhur aparıcısı Nigar Mahmudova da Türkiyədə baş verən terror zamanı orada olub.

Unikal.org-un məlumatına görə, aparıcı bildirib ki, terror zamanı orada olan azərbaycanlılarla birlikdə imiş.

"Mən də orada ola bilərdim. Onlar bizdən ayrılıb. ora getdilər. Biz getməkdən imtina etdik. Az sonra partlayış səsi eşitdik. Dərhal onlara zəng elədik. Dedilər hər tərəfimiz qandır. O partlayışın səsini eşidəndə heç ağlıma gəlməzdi ki, 44 nəfər ölə bilər".