Bu gün"Azərişıq ASC-nin əməkdaşlarıHeydər ƏliyevMərkəzini ziyarət ediblər.

"Azərişıq ASC-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcəHeydər ƏliyevMərkəzinin foyesində mərhum prezidentin ölkəyə rəhbərlik etdiyi dövrdə istifadə etdiyi avtomobillərə baxıblar. Bildirilib ki, nümayiş olunan Zil markalı avtomobil 1969-82-ci illərdə, Almaniya istehsalı olan digər iki avtomobil isə müstəqillik illərində H. Əliyevin istifadəsində olub."Azərişıq ASC-nin əməkdaşları sonra mərkəzdəki birinci muzeydəHeydər Əliyevin ailə foto və video materialları, Sovet dövründə ölkəyə rəhbərlik etdiyi zamanı özündə əks etdirən materiallar, XX əsrin əvvəllərindən 1969-cu ilə kimi Azərbaycan tarixinin mühüm məqamlarını özündə əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin ikinci muzeyində isə beynəlxalq əlaqələr, tanınmış insanlarla görüşləri zamanı ona hədiyyə edilən əşyalar nümayiş etdirilib.

Sonra tədbir iştirakçıları "Böyük ömrün anları sənədli filminə baxıblar.Heydər ƏliyevMərkəzində ilk dəfə nümayiş olunanfilm H. Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.