Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, "Aqata" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu avtomobil vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə "Qarabağ" bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, 30 yanvar 2014-cü ildə AXCP fəalı, sabiq prokuror Qaraxan Zilfi oğlu Ağayev AXCP sıralarından istefa verib.