Yeni Zelandiyada zəlzələdən sonra dənizdən çıxan iri cisim görənləri təəccübləndirib.
Unikal.org lent.az-a istinadən bildirir ki, ötən ay baş verən zəlzələdən sonra çimərlikdə sahilə çıxan qəribə cisim görüntülənib. Əvvəlcə balina olduğu zənn edilən nəhəng cismin əslində okeandan sürüklənən ağac budaqları olduğu anlaşılıb.
Qeyd edək ki, zəlzələ zamanı Yeni Zelandiyada bir çox yol çökmüş, dəmiryolları bağlanmışdı.