Bu gün axşam saatlarında güclü külək fəsadlara səbəb olub.

Unikal.org Trend-ə istinadən bildirir ki, Xırdalan şəhəri Mehdi Hüseyinzadə küçəsində güclü külək səbəbi ilə bir mərtəbəli yaşayış evlərinin dam örtükləri uçub.

Dam örtükləri magistral elektrik xətlərinin və qaz xətlərinin üzərinə düşərək onlaı yararsız vəziyyətə gətirib.