İsmayıllı rayonunda bu gün növbəti zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, zəlzələ dekabrın 13-də saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
***
Azərbaycanda zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, dekabrın 13-də yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib.
Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.