Bakı-Qazax magistralında ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, magistralın 267-ci kilometrliyində - Yevlax rayonu ərazisində "VAZ 2106", "Motsubishi" və "VAZ 2107" markalı 3 minik avtomobili toqquşub. Zəncirvari qəza nəticəsində "VAZ 2107"nin sürücüsü İsmayılov İslam Məmməd oğlu və sərnişini 1977-ci il təvəllüdlü İsmayılova Səadət Telman qızı vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.