Aparıcı Nurlana Cəfərova zövqlü görünməyinin sirrini açıb.

Unikal.org-un  məlumatına görə, aparıcı bildirib ki, o hər zaman modelyerlərin yeni işləri ilə tanış olur:

"Bir çox məşhur moda ustalarının yeni kolleksiyalarını sosial şəbəkələr vasitəsilə daim izləyirəm. Müxtəlif, maraqlı modellərin və modelyerlərin bloqlarını izləyirəm. Və mənə elə gəlir ki, zövqlü görünməyi hər bir xanım istəyir, məncə bu hamıda alına bilər. Sadəcə bir az çalışmaq lazımdır ki, hər şey sadə və gözəl olsun".

Geyimlərə xərclədiyi pula gəldikdə isə apraıcı həftə ərzində nə az, nə də çox 200-300 manat pul xərcləyir:

"Ay ərzində geyimlərə, akasesuarlara nə qədər pul xərclədiyimi hesablamıram. Nəzərə alsaq ki, ən azı həftədə 3 dəfə saçımı qaydaya salıram, salona gedirəm, ayda 2 dəfə manikur- pedikur, nə bilm başqa şeylər... Çox olur... Həftəyə 200 - 300 azn çıxır. Təbii ki, dəqiq qiymət demək olmur. Amma harda nəyi deyirəm onu planlayıram.big.az