Zəlzələ hər an gözlənilən təbiət hadisəsidir. Bu xoşagəlməz anlarla qarşılaşmaqdan heç kəs sığortalanmayıb. Lakin zəlzələ zamanı qorunmaq və zədələnməmək sizin öz əlinizdədir.
Unikal.org həm özünüzün, həm də sevdiklərinizin can təhlükəsizliyi üçün bəzi vacib məqamlarla sizi tanış edir.
Zəlzələ zamanı bunları etməyin
Qapının arasında durmayın, qapının çərçivəsi başınıza düşə bilər.
Əgər birinci mərtəbədə yaşayırsınızsa, çıxışa doğru qaçmayın. Təlaşlanmayın. Lift və pilləkənlər zəlzələ əsnasında olduqca təhlükəlidir.
Təhlükəsiz yerə çöməlin
Titrəyişi hiss etdikdə divara daha yaxın durun. Çalışın ki, ətrafınıza düşə biləcək heç nəyin olmadığı divar dibi olsun. Məsələn, çilçıraq, mebellər və söykənmiş əşyalardan uzaq dayanın. Kreslo, divan və ya yatağın yanına çöməlin. Əşyalar və ya tavan aşarsa, şiddətli təmas ilk olaraq yataq və ya kresloya tərəf olacaq. Eyni zamanda, yataq və ya kreslonun üstünüzə düşmə ehtimalı yoxdur. Çöməlin və qollarınızla başınızı qoruyun.
Masa altında gizlənməyin faydası varmı?
Zəlzələ zamanı masa altına gizlənmək vəziyyətdən asılıdır. Əgər zəlzələnin çox güclü olmayacağını və evi dağıtmayacağını bilirsinizsə, dağılan ev əşyalarından qorumaq üçün masa altında gizlənmək yaxşı fikirdir. Amma əgər zəlzələ çox şiddətlidirsə, tavan düşə bilərsə, masa bu ağır zərbədən üstünüzdə qalaraq qırıla bilər.
Çölə qaçmaq yaxşı fikirdirmi?
Zəlzələnin ilk titrəyişi ilə təkanın yaranması arasında 10-20 saniyə olacaq. Bu zaman binanı tərk etmək lazımdırmı? Əvvəldə qeyd etdiyimiz kimi, birinci mərtəbədə yaşamırsınızsa, aşağı qaçmaq yaxşı fikir deyil. Çıxışda sıxlıq varsa, binadan uzaqlaşmanız daha uzun vaxt tələb edəcək. Zəlzələ zamanı ən az ilk 10 saniyə şübhələnər, zəlzələ olub-olmadığını anlamağa çalışarsınız. Bu vəziyyətdə çölə qaçmağa çalışmaqdansa, evin içində qalmağınız daha məsləhətdir.
Çöldəsinizsə, açıqlıqda durun
Zəlzələ zamanı çöldəsinizsə, binalardan və elektrik dirəklərindən uzaq bir yerdə durun. Üzərinizə bir şeyin düşməyəcəyinə əmin olun. Körpü və ya pilləkənlərdən mümkün qədər uzaq durun.