Unikal.org-un məlumatına görə, Zabrat gölündə suyun səviyyəsi qalxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, nəticədə gölün suyu daşaraq Zabrat - Pirşağı avtomobil yolunun üzərindən dəniz istiqamətində axmağa başlayıb.
O qeyd edib ki, gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmiləri də su ilə dolub: "Ərazidəki su ötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır. Gölün çıxarı yoxdur, buna görə də gölün səviyyəsi qalxır.