Rəqqasə Fatimə müğənni Xatunla dodaq-dodağa öpüşməsinə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, aznews.az-a açıqlamasında Fatimə Xatunla yaxın rəfiqə olduğunu qeyd edib:
"Xatun da mənim kimi anadır. Biz dodaq-dodağa niyə opüşdük? Çünki üzümüzdə kosmetika vardı. Kosmetika xarab olmadan sakitcə opüşdük. Burada şişirdiləsi nə var ki?! Onu şişirdiblər. Biz qucaqlaşıb, öpüşmüşük? Neyləmişik axı biz? Bizi qucaqlaşan, öpüşən yerdə haradasa yaxalasaydılar, deyərdim ki, biabır olmuşuq. Ayıbdır. Mən oğlan, qız anasıyam. Bizə ətraf, analar-bacılar baxırlar. Ölüm-itim olub, yoxsa biabırçılıq?!"
Rəqqasə Xatunla öpüşünü normal hesab edir:
"Mən gündəlik həyatda da onunla öpüşə bilərəm. Salona hər gün sənətçi gəlir, onlarla dodaq-dodağa öpüşürük. Kimsə bizə qara yaxmağa çalışsa da, bu alınmayacaq. Bizə qara palçıq yapışmayacaq. Onlara ayıb olsun".
Qeyd edək ki, rəqqasə Fatimə müğənni Xatun Əliyeva "ATV-Maqazin onlarla" verilişində kameralar önündə hamının gözü qarşısında öpüşüblər. Onların dodaq-dodağa öpüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.