Azərbaycanda tanınmış məhkəmə hakiminin səhhətində problem yaranıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Məhkəmədən onun bir neçə gündür işə çıxmadığını bildiriblər.
Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub.
Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri namizədi, dosentdir.