Dünən mətbuatda Bakının Yasamal rayonu ərazisində bir yaşayış binasının qarşısındakı məişət tullantıları qutusunda yeni doğulmuş qız uşağının tapılması barədə məlumat yayılmışdı.

Unikal.org xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə körpənin səhəti ilə maraqlanıb.

Deputat vurğulayıb ki, bu gün körpənin taleyi ilə maraqlanmaq üçün onun yerləşdirildiyi K. Fərəcova adına respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna gedib:

"Bildirildi ki, tapılanda qız uşağı təqribən 3-4 saat imiş ki, dünyaya gəlib. Göbəyi kəsilmədən və heç nəyə bükülmədən o karton qutuya qoyularaq 5-6 dərəcə hərarərltli havada zibilxanaya atılıb. Körpə pediatrya institutuna gətriləndə onun temperaturu 32 dərəcəyə düşübmüş. Yarım saat da geciksəydilər onun bədənin temperatur daha aşağı düşüb ürəyi dayancaqmış. Qız uşağının taleyi səhiyyə nazirliyinin ciddi nəzarətinə götürülüb. İnstitutun reanimasiya şöbəsində aparaılan operativ müalicə nəticəsində bu gün artıq körpənin temperaturu bərpa edilib o süni qidalamaya qoşulub. Körpə güclü soyuqlama aldığından bir müddət müəlicəyə ehtiyacı vardır".

A.Mirzəzadə əlavə edib ki, hal-hazırda körpənin vəziyyəti stabil, orta-ağırdır. 

"Pediatriya İnstitunun bütün kollektivi körpənin müalicəsinə ciddi diqqət edir, vaxtaşırı körpənin sağlamlığı ilə bağlı baş həkimə məlumat verilir. Bildirdilər ki, uşağın müalicəsi ilə bağlı heç nəyə ehtiyac yoxdur, kurs müalicəsi aparılır".

Aydın Mirzəzadə adlı birinin şəkli.